Bakı.Trend:
Serbiyanın paytaxtı Belqradda ağır yol qəzası baş verib. Kara Duşan küçəsində tramvay relslərdən çıxaraq Kniçaninovo küçəsinin kəsişməsində yerləşən binaya çırpılıb.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir. Qəza yerli vaxtda 09:30-da baş verib.
Hadisə nəticəsində azı 12 nəfərin yaralandığı bildirilir.
Hadisə yerinə xilasedicilər, o cümlədən bir neçə təcili tibbi yardım briqadası göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qəzanın səbəbləri araşdırılır.