Bakı. Trend:
Xəzər dənizində zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 08:40-da 3,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 29 kilometr dərinlikdə yerləşib.