Azərbaycanın Təbriz şəhərindəki baş konsulu avtomobil qəzası nəticəsində ölüb.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.
“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində dünyasını dəyişməsi xəbəri bizi dərindən sarsıtdı”, - məlumatda deyilir.
Qeyd edək ki, o ötən il 29 oktyabr Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə təyin edilmişdir.