“Liverpul”dan ayrılacağı gözlənilən Məhəmməd Salahın gələcəyi ilə bağlı yeni iddia ortaya atılıb.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, “Fənərbağça” misirli ulduzun transferi üçün hərəkətə keçib.
İstanbul təmsilçisi Salahın nümayəndələri ilə ilkin əlaqə saxlayıb. Tərəflər arasında danışıqların müsbət məcrada davam etdiyi və futbolçuya qeyri-rəsmi təklif göndərildiyi bildirilir.
Məlumata əsasən, Salah karyerasını Avropada davam etdirmək istəyir. 33 yaşlı hücumçunun illik 12-13 milyon avro maaşa razı ola biləcəyi qeyd olunur.
Bu səbəbdən “Fənərbağça” variantının futbolçu üçün real seçimlərdən biri olduğu iddia edilir.