Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi Avropada yerləşən briqada döyüş qruplarının ümumi sayını dörddən üçə endirib.
Trend-in məlumatına görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell bildirib.
"Bu, bizi 2021-ci ildə Avropada mövcud olan briqada döyüş qrupları səviyyəsinə qaytarır. QərarAmerika qüvvələrinin Avropada yerləşdirilməsinə yönəlmiş hərtərəfli, çoxqatlı prosesi nəticəsində verilib", deyə o bildirib.
O qeyd edib ki, "bu, Amerika Birləşmiş Ştatlarının nümunəvi müttəfiqi olan Polşaya Amerika qoşunlarının yerləşdirilməsinin müvəqqəti gecikməsinə səbəb olur".