Bakı. Trend:
ABŞ-ın İrana qarşı yenidən hücumları bir çox "sürprizlərlə" nəticələnəcək.
Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.
"Çıxarılan dərslər və qazanılan biliklər nəzərə alınmaqla, müharibəyə qayıtmaq daha çox sürprizlər gətirəcək", - deyə o bildirib.
O qeyd edib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının başlamasından aylar sonra ABŞ Konqresi "milyardlarla dollar dəyərində onlarla təyyarənin itirilməsini" etiraf edib.
"Güclü silahlı qüvvələrimizin ilk olaraq reklam edilən F-35-i vurduğu təsdiqlənib", - deyə Əraqçi bildirib.