Bakı. Trend:
2026-cı ilin yanvar-aprel ayları ərzində Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulu istehsalının həcmi 63,4 milyon manat təşkil edib.
Trend-in məlumatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % artım deməkdir.
Bu göstəricinin 4,4 milyon manatı bitkiçilik, 59,0 milyon manatı isə heyvandarlıq sahəsinin payına düşüb.