Bakı. Trend:
2026-cı ilin yanvar-aprel ayları ərzində Naxçıvan Muxtar Respublikasında Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 514,2 milyon manat təşkil edib.
Trend-in məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM real ifadədə 3,7 % artıb.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 60,9 milyon manat olub.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,1 % artım qeydə alınıb.