Bakı.Trend:
ABŞ İranla müharibənin 79 günü ərzində 85 milyard dollardan çox federal vəsait xərcləyib.
Trend bu barədə xarici mediaya istinadla xəbər verir.
Platformanın müəllifləri Yaxın Şərqə göndərilmiş Amerika gəmilərinin şəxsi heyətinin saxlanılması xərclərini və digər əlaqəli məsrəfləri nəzərə alıblar. Məlum olub ki, bu göstərici ABŞ Pentaqonunun maliyyə bölməsinin rəhbər vəzifəsini icra edən Culs Herstin açıqladığı 29 milyard dollarlıq məbləğdən üç dəfə çoxdur.
Mayın 19-da ABŞ Prezidenti Donald Tramp İrana qarşı zərbələri iki-üç gün müddətinə təxirə saldığını bildirib. Ağ Ev rəhbəri qeyd edib ki, bunu ondan Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və bir sıra digər ölkələr xahiş edib, çünki onlar sülh sazişinin yaxın olduğunu hesab edirlər. Prezident həmçinin İsraili və Yaxın Şərq ölkələrini zərbələrin dayandırılması ilə bağlı qərarı barədə məlumatlandırdığını deyib.
Öz növbəsində Axios portalı yazır ki, zərbənin ləğv olunması Vaşinqtonun hərbi ssenaridən imtina etməsi anlamına gəlmir. Jurnalistlərin əldə etdiyi məlumata görə, “məqbul razılaşma” əldə olunmasa, ABŞ lideri “tam” və ya “genişmiqyaslı” hücuma keçməyə hazırdır.