Prezident Donald Tramp növbəti dəfə bildirib ki, Amerika Birləşmiş Ştatları və İran razılaşma əldə etməyə yaxındırlar.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Ağ Evdə səhiyyənin əlçatanlığına həsr olunmuş tədbirdə deyib:
“Biz elə dövrlər yaşamışıq ki, razılaşmaya yaxın olduğumuzu düşünürdük, amma bu baş tutmurdu. İndi isə vəziyyət bir az fərqlidir”. Bundan əlavə, ABŞ prezidenti qeyd edib ki, Yaxın Şərq regionu ölkələri də razılaşmanın əldə olunacağı ehtimalına inanırlar. Həmçinin, Tramp İran tərəfi ilə genişmiqyaslı danışıqlar aparıldığını vurğulayıb.