Vaşinqton administrasiyası hərbi əməliyyatlara son qoymaqla bağlı İranın yeni təklifinin razılığa gəlmək üçün əsas ola bilməyəcəyinə qərar verib.
Modern.az xəbər verir ki, bu barədə "Axios" ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, İran müharibəyə son qoymaq üçün yenilənmiş razılaşma təklifi təqdim edib, amma Ağ Ev bunun əhəmiyyətli irəliləyişlərə səbəb olmadığını və razılaşma üçün yetərli görünmədiyini düşünür.
Nəşr ABŞ prezidenti Donald Trampın müharibəyə son qoymaq üçün razılığa gəlmək istədiyini, ancaq İranın onun bir çox tələblərini rədd etməsi və nüvə proqramı ilə bağlı əhəmiyyətli güzəştlərdən imtina eləməsi səbəbindən əməliyyatı bərpa etməyi düşündüyünü vurğulayır.
Mənbələrə görə, Amerika lideri çərşənbə axşamı köməkçiləri ilə hərbi variantları müzakirə etmək üçün görüş keçirəcək.