Gürcüstan təhlükəsiz və inklüziv icmaların qurulması, şəhərlərin davamlı inkişafı və dayanıqlılığının artırılması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsini vacib hesab edir.
Modern.az xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasimində səsləndirib.
İ.Kobaxidze qeyd edib ki, şəhərlər iqlim dayanıqlılığı, mənzil təhlükəsizliyi, davamlı inkişaf və sosial həmrəylik kimi qlobal çağırışların həllində mərkəzi rol oynayır.
“Gürcüstanda son illər güclü iqtisadi artımla yanaşı, balanslaşdırılmış ərazi inkişafı və müasir şəhərsalma milli siyasətin əsas prioritetlərindən birinə çevrilib.
Bundan əlavə, Gürcüstan beynəlxalq tərəfdaşların dəstəyi ilə milli məkan inkişafı konsepsiyası üzərində işləyir. Bu sənəd ölkənin bütün regionlarında balanslı və davamlı inkişafın təmin edilməsi baxımından mühüm əsas hesab olunur”.
Gürcüstanın Baş naziri Gürcüstanda milli kadastrın tamamlanması və ölkə üzrə torpaq sahələrinin tam qeydiyyata alınması mühüm nailiyyət kimi dəyərləndirib.
“Bu islahat torpaq idarəçiliyini gücləndirib, iqtisadi fəaliyyət və ərazi idarəçiliyi üçün daha şəffaf baza yaradıb.
Gürcüstanın şəhər və mənzil siyasətinin mərkəzində insanların rifahının dayanır. Ölkənin müharibə və işğal nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş şəxslərə mənzil və sosial dəstək göstərməyə davam edir”.
O çıxışında eyni zamanda ənənəvi gürcü memarlıq irsinin qorunmasının da şəhərsalma siyasətinin vacib istiqamətlərindən biri olduğunuda söyləyib:
“Modernləşmə tarixi irsin itirilməsi hesabına aparılmamalıdır. Gürcüstanın Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin icrasına sadiq qaldığı, təhlükəsiz, inklüziv və dayanıqlı yaşayış məskənlərinin inkişafı üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığı gücləndirməyə hazırdır”, - deyə İ.Kobaxidze qeyd edib.