Gürcüstanın azərbaycanlılar yaşayan Marneuli şəhərində altı nəfərin tortdan zəhərləndiyi ehtimal olunur.
Modern.az xəbər verir ki, zərərçəkənlər arasında bir uşaq da var.
Gürcüstan Qida Təhlükəsizliyi Agentliyi tortun alındığı obyektə baxış keçirib və araşdırma aparır.
İstintaq və laborator nəticələr tamamlandıqdan sonra əlavə məlumat veriləcəyi bildirilir.