Macarıstan prezidenti Tamaş Şulyok yeni baş nazir Peter Madyarın istefa tələbindən imtina edib və səlahiyyət müddətini Konstitusiya çərçivəsində davam etdirəcəyini açıqlayıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, prezident istefa üçün heç bir əsas görmədiyini bildirib.
Tamaş Şulyok qeyd edib ki, onun prezident andı müəyyən siyasi qüvvəyə deyil, bütün siyasi millətə bağlıdır:
“Prezident andım bütün siyasi millət qarşısında məsuliyyət daşıyır və istefa vermək üçün hüquqi əsas yoxdur”.
Məlumata görə, qarşıdurma “Tisa” Partiyasının seçkilərdə üçdə iki səs çoxluğu qazanmasından sonra başlayıb.
Baş nazir Peter Madyar əvvəlki hakimiyyətlə əlaqəli bir sıra vəzifəli şəxslərin, o cümlədən prezidentin istefasını tələb edib. O bildirib ki, mayın 31-dək bu tələb yerinə yetirilməsə, konstitusion mexanizmlərdən istifadə ediləcək.