Bakı. Trend:
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk günü başa çatıb.
Trend xəbər verir ki, forumda 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçib və bu da WUF tarixində ən yüksək göstəricilərdən biri kimi dəyərləndirilir. Mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.
Forumun ilk günündə WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı və nazirlərin dəyirmi masası kimi önəmli tədbirlər təşkil olunub.
Həmçinin, Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində rəsmi bayraq qaldırma mərasimi də keçirilib. Belə ki, Birləşmiş Millətlər Təşkilatının bayrağı və Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılıb.
Bundan başqa, "Vətəndaş təşəbbüsləri və vətəndaş cəmiyyəti təşkilatlarının assambleyası" "Qadınlar assambleyası: Gender baxımından transformativ strategiyaların birgə yaradılması", “Mənzil dəyər zənciri boyunca özəl sektor liderliyi: Çətinliklərə baxmayaraq nəticələrə nail olmaq” mövzusunda Biznes Assambleyası sessiyası, "Yenilənmiş çoxtərəfliliyi formalaşdıran yerli liderlik" mövzusunda yerli və regional hökumətlərin Ümumdünya Assambleyası, Şəhər Rifahı üçün Mənzil və Hamı üçün İmkanlar adlı və "Sosial inteqrasiya və yoxsulluğun aradan qaldırılması üçün mənzil" mövzusunda sessiyalar təşkil edilib.
Açıqlama verən əcnəbi iştirakçılar Bakıda keçirilən WUF13-ün davamlı inkişaf, iqlim dəyişikliklərinin urban mühitə təsiri, müasir şəhər idarəçiliyi, rəqəmsal həllər, əlçatan yaşayış və ekoloji yanaşmalar cəhətdən dünya üçün bir nümunə ola biləcəyinə inandıqlarını açıqlayıblar.
Bakı Olimpiya Stadionunda addımbaşı düzülən könüllülər isə həm media, həm iştirakçılara operativ kömək göstəriblər.
Ümumdünya Şəhərsalma Forumunun ilk günündən fotoları təqdim edirik:
























