Bakı. Trend:
WUF13 təcrübə mübadiləsi aparmaq və bəşəriyyətin şəhər gələcəyini birlikdə qurmaq üçün strateji məkandır.
Trend xəbər verir ki, bunu Mexiko şəhərinin meri Klara Bruqada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyasında çıxışı zamanı bildirib.
"Mesajımız odur ki, biz hərəkat yaradaq, bu hərəkatla yerli perspektivlərdən çıxış edək, böyük şəhərlər üçün praqmatik təcililik tələb edən məsələləri həll edək, eləcə də qlobal iqtisadiyyata təsir mexanizmini araşdıraq, layihələndirək. Bu gün dünyada sosial bərabərsizlik məsələsi ən aktual problemlərdən biridir. Bizim bu mövzuda mütləq və inqilabi dəyişikliyə ehtiyacımız var".
O vurğulayıb ki, iqlim böhranını mənzil problemindən və beynəlxalq iqtisadiyyatın artan maliyyələşdirilməsindən ayırmaq olmaz:
“Biz ərazi məsələlərini sosial bərabərsizlikdən ayıra bilmərik. Çünki məhz bu uçurum səviyyəsindəki bərabərsizliklər yoxsulluq və təcrid yaradır.
Mer Azərbaycan hökumətinə yüksək səviyyəli təşkilatçılıq üçün təşəkkürünü də ifadə edib.