Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanın ali rəhbərliyinə qarşı sui-qəsd planlaşdırdığını iddia edib.
Modern.az xəbər verir ki, Zelenski bu barədə açıqlamasında danışıb.
Ukrayna liderinin sözlərinə görə, Rusiya tərəfi Ukrayna rəhbərliyinin harada olduğunu və hansı məkanlarda olduğunu müəyyənləşdirməyə çalışır.
“Onlar bizim harada olduğumuzu, haralarda göründüyümüzü araşdırırlar”, - deyə Zelenski bildirib.
O qeyd edib ki, təhlükə yalnız prezidentlə bağlı deyil: “Söhbət təkcə məndən getmir. Ukrayna rəhbərliyində, kəşfiyyat və xüsusi xidmət orqanlarında çalışan digər şəxslər də hədəfdədir”.