Şuşa.Trend:
Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı insanların öz doğma yurdlarına qayıdışının rəmzidir.
Bunu Trend-ə festival iştirakçısı, Azərbaycanın əməkdar artisti, virtuoz skripkaçı Elvin Hoca Qəniyev bildirib.
“Bu, mənim üçün çox xüsusi bir andır. Şuşada olduğum üçün səmimi qəlbdən qürur duyuram. Birincisi, mənim babam, tanınmış skripkaçı və pedaqoq Sərvər Qəniyev bu torpağın yetirməsidir və onun doğulduğu yerdə olmaq mənim üçün böyük şərəfdir. İkincisi, Qarabağ bizim hamımız üçün xüsusi bir məkandır. Arzum gerçəkləşdi, ilk dəfədir ki, “Xarıbülbül” festivalında iştirak edirəm və milli sərvətimizin təbliği və mədəniyyət bayramı olan bu möhtəşəm tədbirə dəvət aldığım üçün xoşbəxtəm”,- deyə o bildirib.
Qəniyev qeyd edib ki, festival yüksək səviyyədə keçirilir və burada dünya şöhrətli, uğurlu musiqiçilər çıxış edirlər.
“Mən bu hadisənin bir parçası olduğum üçün xoşbəxtəm. Bu, insanların hər zaman öz doğma yurdlarına qayıtdığının rəmzidir. Əminəm ki, bu gün babamın ruhu da bizimlədir və o, ölkəmizlə, musiqiçilərimizlə qürur duyur. Düşünürəm ki, doğma torpağa qayıdan hər kəs onun inkişafına öz töhfəsini verəcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, mayın 14-də Şuşa şəhərinin Cıdır düzündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə IX “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirlib