2025-ci ildə yığılmış bölüşdürülməmiş mənfəət hesabına səhmdarlara 3 milyon manat dividend ödəyəcək.
Modern.az xəbər verir ki, bu barədə ABB Invest-in 2025-ci ilin yekunu üzrə maliyyə göstəricilərinə dair mətbuat konfransında ABB Invest-in İcraçı direktoru Nadir Babazadə məlumat verib.
O qeyd edib ki, 2024-cü ildə ABB-nin səhm emissiyası həyata keçirilib və bu istiqamətdə bazardakı dinamika daim izlənilir.
“Səhmlərin təkrar bazardakı davranışı, bazar sentimenti və investorların yanaşması xüsusi nəzarətdə saxlanılır.
IPO-dan sonrakı dövrdə ABB səhmləri üzrə təxminən 22 milyon manat həcmində təkrar bazar əməliyyatı aparılıb. Bu əməliyyatlar 27 mindən çox əqd vasitəsilə reallaşıb. Ümumilikdə isə təxminən 80 milyon ədəd ABB səhmi təkrar bazarda dövriyyəyə buraxılıb”.