Bakı. Trend:
Ötən il Azərbaycan bank sektoru “yaşıl layihələr”ə 371 milyon manat vəsait ayırıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dayanıqlı maliyyə hesabatında qeyd edilib.
Xatırladılıb ki, COP29 çərçivəsində Azərbaycan Respublikasının bank sektoru 2030-cu ilə qədər dayanıqlı və yaşıl layihələrə 2 milyard manat ayırmağı planlaşdırıb: “Bunun nəticəsi olaraq, 2025-ci ildə artıq yaşıl və dayanıqlılıqla əlaqəli layihələrə müvafiq olaraq, 344 milyon və 27 milyon manat vəsait ayrılıb”.
Vurğulanıb ki, verilmiş kreditlərin böyük hissəsi yaşıl nəqliyyat və dayanıqlı kənd təsərrüfatı sahələrinə yönəlib.
“Digər istiqamətlərdə, xüsusilə enerji səmərəliliyi və su resurslarının idarə olunması üzrə maliyyələşmə mövcud olsa da, bəzi sahələrdə kredit sayı nisbətən aşağıdır”, - məlumatda qeyd edilib.