Bakı. Trend:
Ötən ilin sentyabrında Tayland Ali Məhkəməsi tərəfindən həbs cəzasına məhkum edilmiş keçmiş Baş nazir Taksin Şinavatra şərti olaraq azadlığa buraxılıb.
Trend bu barədə xarici mediaya istinadla xəbər verir.
Keçmiş baş nazir səkkiz aylıq cəzasını çəkdikdən sonra Banqkok həbsxanasından azadlığa buraxılıb.
Şinavatra həbsxana qapılarında ailə üzvləri tərəfindən qarşılanıb. O, tərəfdarları ilə görüşsə də, jurnalistlərlə danışmaqdan imtina edib.
Şərti azadlığa buraxılmasının bir hissəsi olaraq, keçmiş baş nazir sentyabr ayına qədər dörd ay ərzində Banqkokda qeydiyyatda olduğu yerdə yaşamalı, elektron qolbaq taxmalı və mütəmadi olaraq şərti azadlıq məmurlarına hesabat verməlidir.
Şinavatra 2001-ci ildən 2006-cı ilə qədər Taylandın Baş naziri vəzifəsində çalışıb. O, hərbi çevriliş nəticəsində devrilib. Bununla belə, onun müəyyən siyasi təsirini saxladığı düşünülür.
Şinavatra 15 ildən çox ölkə xaricində yaşayıb və 2023-cü ildə onun Phua Thai partiyası hakimiyyətə gəldikdən sonra Taylanda qayıdıb. Qayıtdıqdan sonra o, hakimiyyətdən sui-istifadə də daxil olmaqla müxtəlif ittihamlarla səkkiz il həbs cəzasına məhkum edilib. Şinavatra həbsxanada bir gündən az vaxt keçirib; səhhətindəki problemlərə görə xəstəxanaya köçürülüb. Daha sonra şərti azadlığa buraxılıb.