Vəkil adından istifadə edərək 200 min manata yaxın mənimsəmədə ittiham olunan hüquqşünas, 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva həbs edilib.
“Metbuat.az-ın məlumatına görə, tanınmış vəkil bir müddət əvvəl axtarışa verilib, istintaqdan yayındığı üçün barəsində həbs qərarı çıxarılmışdı. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı S. Əliyeva saxlanılıb. Külli miqdarda mənimsəmədə ittiham olunan S. Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bir ildən çoxdur iş üzrə məhkəmə prosesi davam etsə də, təqsirləndirilən şəxs istintaqdan yayınırdı. Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.