Metbuat.az bildirir ki, Dünya Azərbaycanlıları Konqresinin başqanı Dr. Asif Kurbanın təşkilatçılığı ilə İzmirin siyasi-ictimai və elmi elitası "Azərbaycanın könül dostları iftar süfrəsində" adı altında bir araya gəlib. Dr. Asif Kurban ilk öncə qonaqları salamladıqdan sonra iki qardaş ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini və bu kimi tədbirlərin münasibətlərimizin inkişafına böyük təsir göstərdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, tədbirdə İzmir valisinin müavini Fatih Kızıltoprak, Ege Universiteti Prof. Dr. Mehmet Ersan, Ege Universiteti Türk Dünyası Araşdırma İnstitutu SES kafeterya müdiri Prof. Dr. Vəfa Kurban, Ege Universiteti professor Afiq Bərdəli, Yaşar Universiteti professor Şahlar Məhərrəm, Dokuz Eylül Universitetindən professor Əfəndi, Prof. Dr. Ülviyyə Sanılı, Türk Ocakları İzmir şöbəsinin rəhbəri Alper Erdem, Karabağlar bələdiyyə sədrinin müavini və Konyalılar Fondunun rəhbəri Mehmet Ərdoğan, Krım Dərnəyi rəhbəri Nuran Çağatay, Sivaslılar dərnəyi başçısının müavini Faysal Çaygöz, Əhdə Vəfa Dərnəyinin rəhbəri Ali Manav, Birlik Təhsil Birliyinin İzmir şöbə müdiri, İzmir Milli Təhsil Müdirliyinin şöbə müdiri Ramazan Türk, İzmir Univertetlərində çalışan azərbaycanlı müəllimlər, həkimlər, tələbələr iştirak ediblər.