Tanınmış meyxanaçı Namiq Mənanın oğlu Məna Əliyev xəstəxanaya yerləşdirilib.
Metbuat.az xəbər verir ki, bununla bağlı Məna Əliyev sosial şəbəkədə məlumat paylaşıb. O, paylaşdığı videoya belə şərh yazıb:
"Növbəti açılan yara, həyat davam etmək istəyir".
Qeyd edək ki, Namiq Mənanın oğlu Məna Əliyev müğənni kimi fəaliyyət göstərir. Bir müddət əvvəl meyxanaçı oğlunun beynində xoşxassəli şiş aşkarlandığını açıqlamışdı.
Metbuat.az