Gəncədə yanğın hadisəsi baş verib.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Həmin ünvanda yerləşən avtomobil təmiri sexində anidən yanğın baş verib.
Dərhal əraziyə hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.
Hazırda yanğın söndürülüb, hadisə zamanı bir neçə sex və bir avtomobil yanıb.