"Dünən Ankaraya etdiyim gözəl səfərin ardınca Brüsselə geri qayıtdım".
Modern.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar X-də yazıb.
"Ermənistan və Azərbaycan arasındakı sülh prosesi başda olmaqla, Cənubi Qafqaz bölgəsi ilə əlaqədar Aİ və Türkiyəni maraqlandıran ortaq mövzular müzakirə olundu", - deyə qeyd olunub.