ABŞ-nin Nyu-York şəhərində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "GP Koirala Foundation of Democracy Peace and Development" - GPK Fondunun təşkilatçılığı ilə tədbir təşkil edilib.
Metbuat.az xəbər verir ki, 8 ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən tədbirdə iştirakçilar təmsil etdikləri ölkənin milli musiqi və rəqs havalarını təqdim ediblər.
Qala konsertində Şəbnəm Hüseyn kamançada Üzeyir Hacıbəyovun "Arazbarı" əsərini və Cavanşir Quliyevin "Yarım gilə" mahnısını ifa edib. Mehriban Nəsib isə "Uzundərə" xalq rəqsi ile Azərbaycanı təmsil edib.
Tədbirin məqsədi ABŞ-də yaşayan müxtəlif ölkələrin mədəniyyətlərinin tanıdılması və təbliğ olunmasıdır. Tədbir təşkilatçıları və fondun sədri Somnat Ghimire qadınların iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədəki böyük rolundan danışıb. Qadının milli dövlət quruculuğu prosesində fəal iştirakçıya çevrildiyi, onun ölkələrin sosial-iqtisadi və mədəni potensialının artırılması yolunda xidmətlərindən danışılıb. 8 Martın sülh uğrunda mübarizədə həmrəylik günü kimi qeyd edildiyi vurğulanıb.
Sonda qadınlar sertifikatlarla təltif olunublar.