Bunu Metbuat.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.
"Ermənistan bu görüşdə Qərb platformasının ön plana çıxması və gündəliyinin qəbul edilməsi, yaxud ən azı Bakının tələbləri qarşısında müəyyən dəstək əldə etmək üçün maraqlıdır. Çünki Ermənistanın qəbul etmədiyi məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Hansı ki, onun öhdəliyi var idi. Ermənistan bundan imtina edir. Bu məsələdə Qərb həmişə Ermənistanın mövqeyindən çıxış edib. Qərb də ona görə bu məsələdə Ermənistanın mövqeyindən çıxış edir ki, bu dəhlizin Rusiyanın nəzarətində olmasını istəmir. Əgər dəhliz açılarsa, onun təhlükəsizliyini Rusiya təmin etməlidir. Qərb bunu qəbul etmədiyi üçün Ermənistan tərəfindən çıxış edir. Ermənistan da ümid edir ki, Qərb platformasında bu proses davam edərsə, danışıqlar yenidən bərpa olunarsa, onun kommunikasiyanın açılması ilə bağlı istəyi qəbul olunacaq, Azərbaycan bunu qəbul etmək məcburiyyətində qalacaq. Ona görə də Qərb danışıqların aparılmasında daha çox maraqlıdır".
"Birinci səbəb odur ki, Qərb platformasından davamlı şəkildə imtina etmək, təzyiqlərin edilməsinə və Avropada Ermənistanın mövqeyinin güclənməsinə şərait yarada bilər. Digər səbəb isə, Aİ-nın vasitəçiliyində Fransaya qarşı Almaniyanı alternativ kimi istifadə etməklə balans yaratmağa çalışmaqdır".
"Əliyev də Xocalıda bəyan etdi ki, “yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir”. Bu baxımdan, Münhen razılaşmasına əsasən, nazirlərin Berlində bir araya gəlməsinin sülh prosesində köklü irəliləyişə zəmin yaradacağı ehtimalı azdır".