Xəbər verdiyimiz kimi, Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina sahələrinə dair 8 ədəd formulyarı Azərbaycan tərəfinə təqdim edib.
Azərbaycan Mina Təmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir.
Bildirilib ki, normativ texniki qaydalara əsasən, mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunmalı olsa da,son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub.
Siyasətçi xatırlatdı ki, münaqişənin ilk dövrlərində ərazimizdə yerləşən SSRİ-nin, daha sonra Rusiyanın hərbi qüvvələrində müəyyən mina xəritələrinin olması mümkün görünür:
Bu istiqamətdə istər XİN, istərsə də Azərbaycan Diaspor Komitəsi tərəfindən atılan addımları yada salan Akif Nağı qeyd edib ki, Azərbaycan höküməti Ermənistandan mina xəritələrinin alınması üçün beynəlxalq qurumların təzyiqinin artırılmasına nail olmalıdır:
“Azərbaycanın daxilində qeyri-hökumət təşkilatları bu istiqamətdə müəyyən toplantılar, aksiyalar keçirməlidirlər. Azərbaycanda akkreditə olunmuş səfirlikləri, digər beynəlxalq təşkilatların, regional təşkilatların nümayəndələri də diqqətini bu məsələyə yönəltməlidirlər”,- sitatın sonu.
Gülbəniz Hüseynli / Metbuat.az
