"Zəngəzur dəhlizi, "Tramp marşrutu" razılaşdırılıb və Ermənistanla Azərbaycan arasında normallaşma prosesi başlayıb".
Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri, sabiq vitse-prezident Fuad Oktay jurnalistlərə açıqlayıb.
"Ermənistan Azərbaycandan neft məhsulları alır və bu istər-istəməz Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin başlanmasına gətirib çıxarır" , - Fuad Oktay bildirib.
Qeyd edək ki, Fuad Oktay Azərbaycana səfəri başlayıb. (Report)