ABŞ-ın “Gerald R. Ford” aviadaşıyıcısı İsrailə doğru hərəkət edir
Modern.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Gerald R. Ford” aviadaşıyıcısı Aralıq dənizinə daxil olduqdan sonra Yunanıstanın Krit adası sahillərində müşahidə edilib.
“MigNews”un məlumatına görə, ABŞ ilə İran arasında gərginliyin artdığı bir vaxtda aviadaşıyıcının yaxın saatlarda İsrail sahillərinə çatacağı gözlənilir.