Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Kremlin Azərbaycana qarşı informasiya hücumu apardığı indiki vaxtda "beşinci kolon"da kimlərin olduğunu açqlamağa çağırıb. Modern.az xəbər verir ki, eks-nazir bununla bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarına çağırış edib. “Arxivləri açıb "beşinci kolon"da kimin hakimiyyət və ya müxalifət statusunun arxasında gizləndiyini açıqlamağın vaxtı çatmayıbmı?”, - T.Zülüfüqarov sual edib. “Düşünürəm ki, arxivlərin bir hissəsini açıb hər kəsi layiq olduğu adlarla çağırmağın vaxtıdır”, - keçmiş nazir əlavə edib.