Fələstin Prezidenti Mahmud Abbasın maşın karvanına silahlı hücum edilib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" və "Milliyet" qəzetləri məlumat yayıb.
Məlumata görə, onun mühafizəçilərindən biri ölüb.
Nəşrlər hücumun yeri barədə məlumat verilməyib.
Abbasın vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur.
Qeyd olunur ki, hücuma görə məsuliyyəti Mahmud Abbası İsrailə müharibə elan etməyə çağıran radikal “Əbu Cəndəlin oğulları” qruplaşması öz üzərinə götürüb.