Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə amerikalı jurnalistlə müsahibə verib.
Metbuat.az-ın məlumatına görə, “FOX News”un keçmiş aparıcısı Taker Karlsona açıqlama verən Rusiya lideri Ukraynanın işğalından tutmuş NATO-nun genişlənməsinə qədər bir çox sualları cavablandırıb. Putin bəyan edib ki, Ukraynada davam edən müharibədə Rusiyanı məğlub etmək “mümkün deyil”.
Moskvada Karlsona verdiyi müsahibədə Putin bəyan edib Vaşinqton administrasiyası həqiqətən müharibəni dayandırmaq istəyirsə, silah tədarükünü dayandırmalıdır.
Ukraynada müharibənin ikinci ilinə təsadüf edən müsahibədə Putin Rusiya və Ukraynanın “gec-tez” razılığa gələcəyini bildirib.
Karlsonun sualına cavab olaraq Putin bəyan edib ki, Moskvanın Rusiyanın regiondakı digər NATO-ya üzv ölkələrinə (Polşa və Latviya) və ya ümumilikdə Avropa qitəsinə müdaxiləsindən söhbət gedə bilməz. Putin ABŞ-ın Ukraynaya silah dəstəyinə görə ABŞ prezidenti Co Baydenlə danışacaq heç bir şeyinin olmadığını bildirib . Kreml rəhbəri qeyd edib ki, vnoyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində yeni prezidentin seçilməsi də onun düşüncələrini dəyişə bilməyəcək.