Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bir neçə gün öncə bu ölkəyə səfər edən azərbaycanlı qardaşlar barədə nəhayət rəsmi açıqlama verib. Modern.az xəbər verir ki, Milli Təhlükəsizlik Xidmətindən Armenpress-in sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şəxslər Azərbaycan deyil, Rusiya Federasiyasının vətəndaşlarıdır. Təhlükəsizlik Xidmətindən onu da əlavə ediblər ki, həmin azərbaycanlılar daha əvvəllər - 2013 və 2014-cü illərdə də Ermənistanda səfərdə olublar. “Onlar Ermənistana Baqrataşen sərhəd keçid məntəqəsindən daxil olublar və səfər şəxsi xarakter daşıyır”, - MTX-dən verilən açıqlamada deyilib. Xatırladaq ki, əslən Qərbi Azərbaycandan olan Rövşən Əhmədovun bu günlərdə Ermənistana getməsi və orada sərbəst hərəkət etməsi qonşu ölkədə böyük rezonans doğurub, hadisə gündəm olub.
