ABŞ, İranın nüvə proqramı ilə bağlı razılıq əldə olunmasa, Tehrana qarşı sərt addımlar atacağını açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Axios" portalına verdiyi müsahibədə danışıb.
O bildirib: "Biz ya razılığa gələcəyik, ya da əvvəlki kimi sərt tədbirlər görməli olacağıq".
Tramp bu sözləri 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə endirilən zərbələri nəzərə alaraq söyləyib.