ABŞ vitse-prezidenti Cey Di Vens X sosial şəbəkəsində "erməni soyqırımı" abidəsinə ziyarəti ilə bağlı paylaşımını silib. Həmin paylaşımda “erməni soyqırımı” ifadəsi iki dəfə qeyd olunmuşdu.
Modern.az xəbər verir ki, paylaşım bir neçə saat aktiv qaldıqdan sonra silinib. Bir müddət sonra isə Vensin mətbuat katibi Teylor Van Kirk sadəcə onun abiəni ziyarət etdiyinə dair məlumat yayımlayıb.