Son zamanlar ölkəmizdə dəm qazından zəhərlənən və ölənlərin sayı getdikcə artır. Xüsusilə payız və qış aylarında bu hadisələr daha tez-tez olur. Soyuq aylarda az qala hər gün dəm qazından zəhərlənmələr, ölüm halları ilə rastlaşırıq.
Özümüzü bu bəladan necə qoruya bilərik?
"Ümumiyyətlə, evdə qaz təchizatı varsa, artıq təhlükənin olması deməkdir. Mütləq qaz təchizatının, qaz avadanlıqlarının, cihazların təhlükəsizlik istismarı lazımdır. Ona görə fə, mütləq əməl etməli olduğumuz təhlükəsizlik qaydaları var ki, onlara ciddi riayət olunmalıdır. Evdə qaz cihazı olan otaqda mütləq havalandırma, nəfəslik və vintelyasiya sistemi olmalıdır".
"Bəzən çox balaca otaqlarda həm qaz sobası, həm su qızdırıcısı quraşdırılır. Yaxud otağa qaz rezin borularla çəkilir, bu da qəbul edilməzdir. Qaz təchizatı otağa metal borularla getməlidir. Hamam otaqlarını daha təhlükəsiz cihazlarla təmin etməliyik. Qaz cihazı quraşdırılıbsa, mütləq orda da havalandırma, nəfəslik olmalıdır. Qapının aşağı hissəsində xırda dəliklər açılmalıdır. Bəzən çox balaca hamam otağında qazla işləyən su qızdırıcısı quraşdırlır. Mütləq evlərdə həm dəm qazı əleyhinə, həm də qaz sızması əleyhinə dedektorlar olmalıdır".