“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQDK) yeni ailə planlaması proqramını hazırlayır. Bu proqram vasitəsi ilə nikaha daxil olmaq istəyənlərin psixoloji vəziyyəti, yaxud ailələrin dağılmasına səbəb olan faktlar öyrənilib təhlil ediləcək”.
Bu fikirləri AQDK-nin regional mərkəzlərlə iş sektorunun müdiri Pərviz Əliyev Metbuat.az-ın sualına cavab olaraq deyib. O qeyd edib ki, proqram imkan verəcək ki, ailələrin dağılmasına səbəb olan kənar təsirlər müəyyən edilib, bu istiqamətdə işlər aparılsın.
Gülbəniz Hüseynli / Metbuat.az