Türkiyə Kubokunda III turun oyunlarına yekun vurulub.
Modern.az-ın xəbərinə görə, C qrupunda mübarizə aparan “Fənərbaxça” doğma meydanda I Liqa təmsilçisi “Ərzurumspor”u qəbul edib.
Gərgin və baxımlı keçən qarşılaşmada dörd qol qeydə alınıb. Görüş “sarı-lacivərdlilər”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
İstanbul təmsilçisinin heyətində Marko Asensio bir, Anderson Taliska isə iki qolla fərqlənib.