2024-cü ilin yanvar ayında pensiyaların artırılıb artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirilib.
Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən iqtisadçı, millət vəkili Vüqar Bayramov bildirib ki, “Əmək Pensiyaları” haqqına Qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Millət vəkili deyib ki, ötən ilin yekun əmək haqqı artımının 11.0 faizə yaxın olacağı gözlənilir.