"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə kompleks nəzarət tədbirləri görür.
Modern.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Qurumdan bildirilib ki, hazırda bütün qatarlar qrafik üzrə hərəkəti təmin edilir.
"Sərnişinlərimizi platformalarda hərəkət zamanı diqqətli olmağa və dəmiryol xətlərini yalnız müvafiq keçidlərdən istifadə etməklə keçməyə çağırırıq", - deyə məlumatda qeyd edilib.