Rüstəm Xəlilov Peyk kənd sakinlərinin problemlərini dinləyib.
Modern.az xəbrə verir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun sakinlərlə görüşü Peyk kənd tam orta ümumtəhsil məktəbinin binasında baş tutub. Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib. RİH başçısı qəbulda növbə ilə söz alan vətəndaşları fərdi qaydada dinləyib onların səsləndirdikləri problemləri qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Əlavə araşdırma tələb edən mövzularla bağlı Rüstəm Xəlilov aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verib. RİH başçısı vətəndaş müraciətlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə və qısa zaman ərzində icra edilməsinin vacibliyini xüsusi qeyd edib.