1 fevral tarixindən 30 nəfərə yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib.
2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin AYB-dən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq olub. Xəbərdarlığa məhəl qoymanalar barədə sərt addım atılıb. Bəs AYB sıralarından xaric olunan həmin 30 nəfər kimdir? Modern.az saytı bu sualla AYB-nin Mətbuat xidmətinə müraciət edib. Qurumun mətbuat katibi Xəyal Rza saytımıza bildirib ki, həmin 30 nəfərin adını ictimiayyətə açıqlamağı düşünmürlər.
“AYB-nin sədri Anar hesab edir ki, qurumdan çıxarılan şəxslərin adlarını ictimaiyyətin bilməsinə ehtiyac yoxdur”, deyə Xəyal Rza əlavə edib.
Qeyd edək ki, AYB üzvlüyündən kənarlaşdırılma davam etdiriləcək, növbəti mərhələ gözlənilir.