Ermənistan Respublikası parlamentinin sədri Alen Simonyan "Ermənistan və Azərbaycan arasında müharibə səhifəsi"ni bağlanmış hesab edir.
Modern.az xəbər verir ki, Simonyan Factor TV-yə verdiyi müsahibədə bunları deyib:
"Hər hansı dramatik hadisələr baş verməsə, düşünürəm ki, bu səhifəni yenidən açmağımız ehtimalı azdır. Mən bu səhifəni bağlanmış hesab edirəm".
Simonyanın sözlərinə görə, Ermənistan tərəfinin Qarabağ məsələsinin bağlanması və sülh dövrünün başlaması ilə bağlı təklifləri və ritorikası "cəmiyyət tərəfindən qəbul edilib.