"Narkotik istifadə etdiyim vaxtlarda elə vəziyyətə düşmüşdüm ki, hətta özümü balkondan atmaq istəyirdim. Sonra ayıldım ki, bu məndən güclü olmamalıdır. Müalicə aldım və dönüş oradan başladı".
Modern.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Samir Bağırov deyib.
Sənətçi "kişilik" anlayışına münasibətini də bölüşüb. Onun sözlərinə görə, kişilik zahiri görünüş və ya statusla ölçülmür:
"Kişilik bədənə aid məsələ deyil. Kişilik insanın içində olmalıdır - tərbiyə, mədəniyyət və s. Bu, fiziki anlayış deyil, daxili keyfiyyətdir".