Azərbaycanın Türkiyədəki səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin məzarına ziyarət təşkil edib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov sosial şəbəkədə paylaşım edib. “Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, böyük dövlət adamı Məhəmməd Əmin Rəsulzadəni 142-ci doğum günündə məzarı başında rəhmət və ehtiramla andıq. Ruhu şad, məkanı cənnət olsun”,- səfir bildirib.

