Ermənistanın keçmiş mədəniyyət naziri Hasmik Poqosyan İrəvanda torpaq sahəsinin mənimsənilməsinə görə 4,5 il həbs cəzasına məhkum edilib. Modern.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun məlumatına görə, məhkəmə onun amnistiyasını da təmin edib.
Məhkəmə nazirliyin keçmiş rəhbərinin İrəvan Çaykovski Musiqi Məktəbinə məxsus torpaq sahəsinin özgəninkiləşdirilməsi üçün cinayət sxemində iştirak etdiyini müəyyənləşdirib.
Əvvəllər Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan və onun oğlu, Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan da bu işdə iştirak ediblər. Sonradan onlara qarşı cinayət təqibi dayandırılıb.
İş materiallarına görə, 2012-ci ildə təqsirləndirilən şəxslər hökumətə 800 milyon dram (təxminən 2 milyon dollar) dəyərində "Kitab Dünyası" çoxfunksiyalı kompleksinin tikintisi üçün uydurma investisiya proqramı təqdim ediblər. Müstəntiqlərin fikrincə, bu, Çaykovski Musiqi Məktəbinə məxsus 300 kvadratmetrlik torpaq sahəsinin saxtakarlıqla ələ keçirilməsinə imkan verib.