Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə mediasına geniş müsahibə verib. Modern.az xəbər verir ki, Lavrovdan Türkiyə mediası üçün ilk üzbəüz müsahibəni qardaş ölkədə yaşayan tanınmış azərbaycanlı jurnalist Sevil Nuriyeva alıb. Lavrov jurnalistin Ukrayna müharibəsi, Türkiyə-Rusiya, ABŞ-Rusiya münasibətlərinə və digər mövzulara dair suallarını cavablandırıb. Müsahibə bu axşam Bakı vaxtı ilə 19.00-da TGRT-də yayınlanacaq.