UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun "Liverpul" (İngiltərə) - "Qarabağ" oyununda ikinci qol vurulub.
Modern.az xəbər verir ki, "Enfild" stadionunda keçirilən matçda meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiirblər - 2:0.
21-ci dəqiqədə Florian Virts adını tabloya yazdırıb.
***
00:17
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində keçirilən “Liverpul” və “Qarabağ”komandaları arasındakı oyunda hesab açılıb.
Modern.az xəbər verir ki, “Enfild” stadionunda təşkil olunan görüşün 15-ci dəqiqəsində rəqibin heyətində Aleksis Makallister fərqlənib - 1:0..
***
00:00
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində keçirilən “Liverpul” və “Qarabağ” komandaları arasındakı oyun başlayıb.
Modern.az xəbər verir ki, “Enfild” stadionunda təşkil olunan görüş Bakı vaxtı ilə saat 00:00-da start götürüb.
Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir..